Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 26-da qarşılaşacaq. Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək.

Oyunun saatı ilə bağlı əlavə məlumat veriləcək.