Türkiyədə qadın voleybolçular arasında Çempionlar Kubok uğrunda qarşılaşma baş tutub. "Rekord.az" xəbər verir ki, həlledici oyunda Sultanlar Liqasının son qalibi "Vakıfbank" və "Kupa Voley"in son qalibi "Eczaçıbaşı" üz-üzə gəliblər. 

İzmirdə təşkil olunan görüş kifayət qədər gərgin alınıb. Qarşılaşmaya daha yaxşı başlayan "Eczaçıbaşı" ardıcıl iki set qazanmaqla böyük üstünlük əldə edib. Lakin "Vakıfbank" bundan sonra təşəbbüsü ələ ala bilib və ardıcıl iki hissəni öz xeyrinə başa vurmaqla ümumi hesabı bərabərləşdirib. Oyunun taleyinə isə tay-brekdə aydınlıq gəlib. Həlledici setdə isə daha dəqiq olan "Eczaçıbaşı" görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb və Çempionlar Kubokuna sahib çıxıb.

 

Türkiyə Spor Toto Qadınlar Çempionlar Kuboku

   "Vakıfbank" - "Eczaçıbaşı" 2:3 (14:25, 21:25, 27:25, 25:20, 11:15)