Türkiyə Futbol Federasiyasında yeni prezident
- 18 İyl 2024 21:40
- 147
Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.
Rekord.az xəbər verir ki, sözügedən vəzifəyə iki namizəd olub: İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.
Daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.