AÇ-2024-ün seçmə mərhələsində 8-ci tura start verilib.

Rekord.az xəbər verir ki, bu gün dörd qrupda ümumilikdə 8 oyun keçirilib.

D qrupunda yer alan Türkiyə millisi doğma arenasında Latviyanı böyük hesabla məğlub edərək, AÇ-nin final mərhələsinə vəsiqə qazanıb.

A qrupundan da iki komanda Almaniyada təşkil olunacaq qitə birinciliyinə yollanmaq hüququna yiyələnib. İspaniya səfərdə Norveçi məğlub etməklə həm özünün, həm də Şotlandiyanın AÇ-2024-də iştirakını rəsmiləşdirib.

AÇ-2024-ün seçmə mərhələsi
8-ci tur

15 oktyabr

A qrupu

Gürcüstan – Kipr 4:0
Qollar: Kiteişvili, 46. Kvaratsxeliya, 58. Şengeliya, 82. Mikautadze, 90+5-pen.

Norveç – İspaniya 0:1
Qol: Qavi, 49.

Xal: İspaniya – 15. Şotlandiya – 15. Norveç – 10. Gürcüstan – 7. Kipr – 0.

D qrupu

Uels – Xorvatiya 2:1
Qollar: H.Uilson, 47; 60 – Paşaliç, 75.

Türkiyə – Latviya 4:0
Qollar: Y.Akgün, 58. C.Tosun, 83; 90+2. K.Aktürkoğlu, 87.

Xal: Türkiyə – 16. Uels – 10. Xorvatiya – 10. Ermənistan – 7. Latviya – 3.

E qrupu

Çexiya – Farer adaları 1:0
Qol: Souçek, 76.

Polşa – Moldova 1:1
Qollar: Sviderski, 53 – Nikolaesku, 26.

Xal: Albaniya – 13. Çexiya – 11. Polşa – 10. Moldova – 9. Farer adaları – 1.

İ qrupu

İsveçrə – Belarus 3:3
Qollar: Şakiri, 28. Akanji, 89. Amduni, 90 – Ebonq, 61. Polyakov, 69. Antilevski, 84.

Rumıniya – Andorra 4:0
Qollar: Stanku, 23. Haci, 28. Marin, 44-pen. Koman, 50. 

Kosovo – İsrail oyunu təxirə salınıb

Xal: Rumıniya – 16. İsveçrə – 15. İsrail – 11. Kosovo – 7. Belarus – 6. Andorra – 2.