Türkiyə klubu Azərbaycanı təbrik etdi
- 18 Okt 2021 14:45
- 513
Türkiyənin “Bursaspor” klubu Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycanı təbrik edib.
Rekord.az xəbər verir ki, bu barədə Bursa təmsilçisi rəsmi “tvitter” hesabında paylaşım edib. Paylaşımda bunlar qeyd olunub:
“Can Azərbaycanın Müstəqillik Günü mübarəkdir. İki dövlət, tək millət!”
Azərbaycan millisinin futbolçusu Namik Ələskərov “Bursaspor”da çıxış edir.