Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı
- 23 Sen 2021 13:23
- 493
Türkiyənin “Rizəspor” klubu baş məşqçi Bülənt Uyğun ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Rizəspor” bu mövsüm Super Liqada keçirdiyi altı oyundan beşində məğlub olub və cəmi bir heç-heçə edə bilib.