Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin Türkiyənin "Ümraniyəspor" klubuna keçidi rəsmiləşib.

Rekord.az 1-ci Liqa təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Coşqun Diniyev "Səbail"dən "Ümraniyəspor"a transfer olunub.