"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun xidmətində maraqlı olan "Hatayspor" yeni baş məşqçisini müəyyənləşdirib.

Rekord.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Super Liqanın debütantını yerli mütəxəssis çalışdıracaq.

Qurbanovdan "yox" cavabı alan "Hatayspor"un Samet Aybaba ilə danışıq apardığı və ilkin anlaşma əldə etdiyi vurğulanıb

Onun yaxın günlərdə təqdim olunması gözlənilir. "Hatayspor" komandanı Super Liqaya daşıyan Mehmet Altıparmakla yollarını ayırıb.