Son dönəmlər formada olması ilə diqqət çəkən "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Türkiyə klublarının da maraq dairəsinə düşüb.

Rekord.az xəbər verir ki, bu ölkənin I liqasında mübarizə aparan "Bandırmaspor" klubu Səbuhinin xidmətində maraqlıdır.

Qeyd edək ki, "Bandırmaspor" bu yaxınlarda başqa azərbaycanlı futbolçu Coşqun Diniyevi heyətinə qatmışdı.