Türkiyənin “Ərzurumspor” klubunda daha iki nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə COVİD-19 testi pozitiv çıxanlardan birinin futbolçu, digərinin klub işçisi olduğu bildirilir. Onların adları açıqlanmayıb. Hər iki şəxs karantinə alınıb və nəzarətə götürülüb.