Türkiyə klubunda koronavirusa yeni yoluxma
- 13 Apr 2021 19:00
- 629
Türkiyənin “Antalyaspor” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə kollektivin COVİD-19 testindən keçdiyi, bir futbolçuda virus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin oyunçu karantinə alınıb.
Qeyd edək ki, “Antalyaspor” bu mövsüm Super Liqada keçirdiyi 33 oyuna 42 xal toplayıb və 11-ci pillədə qərarlaşıb.