Türkiyə klubundan ayrıldı, “Qarabağ“a təklif olundu
- 01 Yan 2021 15:00
- 1306
“Dənizlispor”dan ayrılan İsmail Aisattinin karyerasını Azərbaycanda davam etdirmək perspektivi yaranıb.
Rekord.az-ın məlumatına görə, mərakeşli legioner “Qarabağ“a təklif olunub.
Niderlandda dünyaya gələn futbolçunun hazırda qiyməti 400 min avrodur.
2005-2008-ci illərdə formasını geyindiyi Niderlandın gənclər yığmasında 17 oyuna 1 qol vurmuş, daha sonra Mərakeşin əsasın millisində 2 mata çıxmış orta sahə oyunçusu bugünlərdə Super Liqa təmsilçisindən ayrılıb.
O, təktərəfli qaydada müqaviləyə xitam verib. 32 yaşlı futbolçunun klubdan ayrılmasına borclarını ala bilməməsi səbəb olub.
PSV-nin yetirməsi olan Aisatti karyerası ərzində “Tvente”, “Ayaks”, “Vitess”, “Antalyaspor”, “Terek”, “Alanyaspor” və “Balıkəsirspor”da da forma geyinib. O, 2018-ci ildən “Dənizlispor”un uğurları üçün çalışırdı. (sportinfo.az)