Türkiyə klubundan hücumçusu ilə yeni müqavilə
- 04 Sen 2021 11:41
- 476
Türkiyənin “Antalyaspor” klubu hücumçusu Fredi Ribeyro ilə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Anqolalı 31 yaşlı forvard 3+1 illik yeni müqaviləyə imza atıb. Tərəflər arasındakı əvvəlki sözləşmə 2022-ci ilin yayına qədər idi.
Ribeyro 2019-cu ildən “Antalyaspor”un uğurları üçün çalışır. O, bu komandanın heyətində meydana çıxdığı 84 matçda 12 qol vurub.
Anqola yığmasında 30 oyunda 2 qol vurmuş forvard, daha öncə “Belenenseş”, “Ekselsior” və “Libolo” klublarında da forma geyinib.