Türkiyə klubunun beş futbolçusunda koronavirus aşkarlandı
- 28 May 2020 22:30
- 532
Türkiyənin “Yeni Malatyaspor” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
Rekord.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də klubda çalışanlardan götürülən testlərdən altısının nəticəsi pozitiv çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Yeni Malatyaspor”da bir neçə gün öncə götürülən testlərdən ikisinin nəticəsi müsbət olmuşdu. Onlardan biri klubda işləyən şəxs idisə, digəri futbolçu idi. Sonuncu analiz zamanı ki, futbolçunun testinin nəticəsi yenə müsbət çıxıbsa, klubda çalışan şəxsin sağaldığı müəyyənləşib.
Koronavirusa yeni yoluxanlardan isə daha dördü futbolçudu. Klubda çalışanlardan da bir nəfərin testi müsbət nəticə verib. Üç nəfərdə də koronavirus şübhəsi olduğundan, onlar da xüsusi karantinə alınıblar.
Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.