Türkiyə Kubokunun formatı dəyişdirildi
- 11 Yan 2024 20:00
- 237
Futbol üzrə Türkiyə Kubokunun formatı dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq.
Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutanlar 1/4 finala yüksələcəklər.
Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər.