Türkiyənin "Milliyət" qəzeti "Qalatasaray"ın yeni transferi Jesse Sekidikanın "Neftçi"də baxışda olmasından yazıb.

Rekord.az xəbər verir ki, yazıda  nigeriyalı oyunçunun ötən il "Eskişehirspor"a keçməzdən əvvəl Bakı təmsilçisinə təklif olunduğu ancaq, onun məşqçilər heyəti tərəfindən bəyənilmədiyi vurğulanıb.

Xəbərdə 23 yaşlı hücumçunun  “Qalatasaray”a keçidindən sonra "Neftçi"nin heyfsləndiyi bildirilib. Klub rəhbərliyinin “biz Sekidikada nəyi görə bilmədik? “Qalatasaray” kimi bir komanda onu transfer edərkən biz niyə bəyənmədik?” deyərək  təəccübləndiyi yazılıb.Tür

Qeyd edək ki, Sekidika 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Ancaq komandanın o vaxtkı baş məşqçisi Roberto Bordin onu bəyənmədiyi üçün geri göndərilib. "Neftçi"nin düşərgəsindən aydıldıqdan sonra Sekidika birinci liqa təmsilçisi “Eskişehirspor”a keçib. Bu qış isə o, "Qalatasaray"a transfer olunub.