Türkiyə millisi Almaniya yığması ilə qarşılaşacaq
- 05 Okt 2023 15:49
- 285
Futbol üzrə Türkiyə millisi yoldaşlıq oyunu keçirəcək.
Rekord.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Vinçentso Montellanın baş məşqçi olduğu komanda Almaniya yığması ilə üz-üzə gələcək.
Oktyabrın 18-də Berlində reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.