AÇ-2024-ün seçmə mərhələsində 5-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

D qrupunda yer alan Türkiyə millisi doğma meydanda Ermənistan seçməsi ilə qarşılaşıb və xal itkisi ilə üzləşib. Qrupun digər matçında Xorvatiya və Latviya yığmaları üz-üzə gəliblər. Xorvatlar darmadağına seviniblər.

A qrupunda yer alan İspaniya yığması da səfərdə Gürcüstan seçməsinə 7 qolla qalib gəlib.

AÇ-2024, seçmə mərhələ
5-ci tur

8 sentyabr

A qrupu

Gürcüstan – İspaniya 1:7
Qollar: Çakvetadze, 49 – Morata, 22; 40; 65. Kvirkveliya, 27-öz qapısına. Olmo, 38. N.Uilyams, 68. Yamal, 74.

Kipr – Şotlandiya 0:3
Qollar: Maktominay, 6. Porteus, 16. Makqinn, 30.

Xal: Şotlandiya – 15. İspaniya – 6. Norveç – 4. Gürcüstan – 4. Kipr – 0.

D qrupu

Türkiyə – Ermənistan 1:1
Qollar: B.Yıldırım, 88 – Daşyan, 49.

Xorvatiya – Latviya 5:0
Qollar: Petkoviç, 3; 44. İvanuşeç, 13. Kramariç, 68. Paşaliç, 78.

Xal: Türkiyə – 10. Xorvatiya – 7. Ermənistan – 7. Uels – 4. Latviya – 0.

J qrupu

Bosniya və Herseqovina – Lixtenşteyn 2:1
Qollar: Dzeko, 3. Luxinger, 18-öz qapısına – Volfinger, 21.

Lüksemburq – İslandiya 3:1
Qollar: Şano, 9-pen. B.Sançes, 70. Sinani, 89 – Haraldsson, 88.

Slovakiya – Portuqaliya 0:1
Qol: B.Fernandes, 43.

Xal: Portuqaliya – 15. Slovakiya – 10. Lüksemburq – 10. Bosniya və Herseqovina – 6. İslandiya – 3. Lixtenşteyn – 0.