Türkiyə millisində ciddi itki
- 10 Noy 2021 11:41
- 427
Futbol üzrə Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Monteneqro yığmalarına qarşı keçiriləcək oyunlardan əvvəl ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Cengiz Ündər bu oyunlarda komandasına kömək edə bilməyəcək.
Buna futbolçunun zədələnməsi səbəb olub. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Zədəsi ciddi olan oyunçu heyətdən çıxarılıb. Məşqçilər korpusu Cengizin əvəzində yığmaya “Qalatasaray”dan Barış Alper Yılmazı dəvət edib.
Cengiz Ündər hazırda Fransanın “Olimpik” (Marsel) komandasında çıxış edir.