Türkiyə millisində ciddi itki
- 30 May 2024 22:40
- 173
Türkiyə millisinin heyətində ciddi itki baş verib.
Rekord.az xəbər verir ki, millinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
İcarə əsasında “Fənərbaxça”da çıxış edən 28 yaşlı futbolçu Super Liqanın 38-ci turunun “İstanbulspor”la matçında (6:0) ayaq əzələsindən zədə alıb.
Müqavilə ilə “Atletiko”ya məxsus olan mərkəz müdafiəçisi bu yay keçiriləcək Avropa çempionatında komandasına kömək edə bilməyəcək.
Türkiyə yığması AÇ-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.