Türkiyə millisində Şenol Günəş dönəmi başa çatdı
- 10 Sen 2021 20:15
- 569
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə futbol qurumunun rəsmi saytı məlumat yayıb. 69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Türkiyə millisi bir neçə gün əvvəl DÇ-2022-nin seçmə mərhələ matçında səfərdə Niderland yığmasına 1:6 hesabıyla uduzmuşdu. Bu məğlubiyyətdən sonra Günəşin istefası müzakirə edilirdi.
Şenol Günəş 2019-cu ilin fevralından Türkiyə millisinin “sükanı arxasında” idi.