Futbol üzrə Türkiyə milli komandasının AÇ-2020 üçün geniş heyəti açıqlanıb.

Rekord.az xəbər verir ki, yığmanın baş məşqçisi Şenol Günəş 30 futbolçuya dəvət göndərib:

Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbaxça”), Gökhan Akkan (“Rizəspor”);

Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan (hər ikisi “Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester Siti”, İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”);

Yarımmüdafiəçilər: Mahmut Tekdemir (“Başakşəhər”), Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbaxça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);

Hücumçular: Cengiz Ünder (“Lester Siti”, İngiltərə), Efecan Karaca (“Alanyaspor”), Halil Akbunar (“Göztəpə”), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya).

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.