Fransanın “Renn” klubunun və Türkiyənin gənclərdən ibarət yığmasının hücumçusu Metehan Güclü iş yerini dəyişib.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu növbəti mövsümü Liqa 2-də mübarizə aparan “Valensyenn” klubunda keçirəcək.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Liqa 1 təmsilçisi gənc futbolçusunu bir illik icarəyə verib. Müqavilədə satınalma şərtinin olmadığı da diqqətə çatdırılıb.

PSJ-nin yetirməsi olan Metehan paytaxt klubunun əsas komandasında 2018/19 mövsümündə bir oyuna çıxmış, hətta qol da vurmuşdu. Ötən yay isə o, “Renn”ə transfer olmuşdu.