Türkiyə millisinin UEFA Millətlər Liqasında Monteneqro və İslandiyaya qarşı keçirəcəyi matçlar üçün heyəti müəyyənləşib.

Rekord.az xəbər verir ki, baş məşqçi Vinçentso Montella komandaya 27 futbolçu cəlb edib: 

Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengəzər, Uğurcan Çakır;

Müdafiəçilər: Abdulkərim Bardakçı, Emirhan Topçu, Eren Elmalı, Fərdi Kadıoğlu, Mərt Müldür, Merih Dəmiral, Zəki Çəlik, Samet Akaydın;

Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmayıl Yüksək, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü, Arda Gülər, Kənan Yıldız, İrfan Can Kahveci, Kərəm Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün;

Hücumçular: Ahmet Kutucu, Bertuğ Yıldırım, Barış Alpər Yılmaz.

Türkiyə millisi oktyabrın 11-də Monteneqro ilə, 14-də isə İslandiya ilə qarşılaşacaq.