Futbol üzrə Türkiyə yığmasının və İngiltərənin “Everton” klubunun hücumçusu Cenk Tosun zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, mart ayının əvvəlində dizindəki zədə səbəbindən əməliyyat olunan və həmin dövrdən bəri müalicə alan forvard artıq fərdi məşqlərə başlayıb. Ayyarımlıq fasilədən sonra sıraya dönən futbolçu “Everton”un təlim-məşq bazasında hazırlıq keçir. Premyer Liqa təmsilçisi onun məşq görüntülərini sosial şəbəkə hesabında da yayıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun sentyabr ayında oynamağa hazır olacağı bildirilir.