Türkiyə millisinin qapıçısı Altay Bayındır İngiltərənin "Mançester Yunayted" klubuna keçib.

Rekord.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytı məlumat yayıb.

25 yaşlı qolkiperlə imzalanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Altay Bayındır son olaraq ölkəsində "Fənərbaxça"nın formasını geyinib.