Türkiyə millisinin üzvü Almaniya klubu ilə müqavilə imzaladı
- 07 İyn 2021 17:21
- 592
Türk futbolçu Ömər Faruk Beyaz Almaniyanın “Ştutqart” klubu ilə müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi Bundesliqa təmsilçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ömər “Ştutqart”a azad agent kimi keçib. Bundan əvvəl “Fənərbaxça”da çıxış edən yarımmüdafiəçi, 21 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının da üzvüdür.