Türkiyə millisinin üzvü Almaniya klubundan ayrıldı
- 24 May 2021 19:44
- 842
Türkiyəli futbolçu Kənan Karaman Almaniyanın “Fortuna” klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu “tvitter” hesabında məlumat yayıb.
O, 2018-ci ildən çıxış etdiyi “Fortuna”dan ayrıldığını açıqlayıb. Son mövsümdə Düsseldorf təmsilçisi ilə 2-ci Bundesliqada 28 oyunda 7 qol vuran Kenanla Türkiyənin “Qalatasaray” klubu maraqlanır.
Kənan Karaman Türkiyə milli komandasına da dəvət alır.