Türkiyə millisinin üzvü Belçika klubundan ayrıldı
- 09 May 2020 11:22
- 591
Türkiyəli qapıçı Sinan Bolat Belçikanın “Antverpen” klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Elita təmsilçisi Sinanla yanaşı, Kevin Miralyasla da vidalaşıb. Klub hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib.
Türkiyə millisinin üzvü 3 il idi “Antverpen”in uğurları üçün çalışırdı. 31 yaşlı futbolçu daha öncə Türkiyədə “Qalatasaray” və “Kayserispor”un uğurları üçün çalışıb, “Portu”, “Brügge”, “Genk”, “Standard”, “Nasional” və “Aroka”da legioner həyatı yaşayıb.