![photo](https://www.rekord.az/storage/uploads/5/f28e4dda-f220-3e65-b92c-1aa0075ca258-850.jpg)
Türkiyə millisinin üzvü rəsmən "Atletiko"da
- 05 İyl 2023 20:30
- 336
Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" komandasına keçib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
Son klubu İngiltərə "Lester"i olan təcrübəli oyunçu La Liqa təmsilçisinə azad agent kimi transfer olunub.
Xatırladaq ki, Çağlar Söyüncü Türkiyədə "Altınordu" və Almaniyada "Frayburq"un da formasını geyinib.