Türkiyə çempionu “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, İstanbul klubu Türkiyə millisinin də üzvü olan Umut Meraşı heyətinə qatıb.

Bu barədə “qara qartallar”ın mətbuat xidməti məlumat yayıb. 25 yaşlı sol cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb.

Meraş Fransanın “Havr” klubundan transfer olunub. “Beşiktaş” bu keçidə görə sözügedən kluba 1.5 milyon avro ödəyib.

Türkiyə millisində 14 oyun keçirmiş Umut, “Boluspor”un yetirməsidir. O, 2018/19 mövsümünü “Bursaspor”da keçirdikdən sonra məhz bu klubdan “Havr”a transfer olunmuşdu.