Türkiyə millisinin üzvü rəsmən İtaliya klubunda
- 16 Avq 2020 19:03
- 687
İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Fortuna”dan (Düsseldorf) Kaan Ayhanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
İtaliya mətbuatı “Sassuolo”nun 25 yaşlı futbolçunun transferi üçün 2.5 milyon avro ödədiyini yazıb.
Karyerasına “Şalke”də başlayan Kaan Ayhan, bir müddət “Ayntraxt”da da oynayıb. O, 2016-cı ildən “Fortuna”nın uğurları üçün çalışırdı. Müdafiənin mərkəzində və sağında çıxış edən Türkiyə millisinin üzvü geridə qalan mövsümdə 34 oyuna çıxıb, 2 qola imza atıb.