Türkiyə millisinin üzvü rəsmən “Lill”də
- 01 Avq 2020 18:00
- 872
Fransanın “Lill” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 klubu “Beşiktaş”dan ayrılan Burak Yılmazı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçuyla iki illik müqavilə imzalanıb. Burak “Lill”də artıq ilk məşqinə də çıxıb.
Burak Yılmaz son mövsümdə “Beşiktaş”ın heyətində meydana çıxdığı oyunlarda 13 qola imza atıb. O, “Lill”də forma geyinən Zeki Çelik və Yusuf Yazıcıdan sonra Fransa klubunun heyətinə qatdığı üçüncü türk futbolçu olacaq.
Burak Türkiyə yığmasında meydana çıxdığı 59 oyunda 24 qol vurub.