Türkiyə millisinin futbolçusu Umut Meraş Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Bakıda Uelsə uduzduqları matç (0:2) haqqında danışıb.

Rekord.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "TRT Spor"a açıqlamasında deyib:

"Oyun istədiyimiz kimi keçmədi. Bütün xalqımızdan üzr istəyirik. Qalib gəlməyi çox istəyirdik, amma olmadı. Deyə biləcəyim nə isə yoxdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. Heç bir şansımız qalmasa belə, son matça qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Türkiyə A qrupunda 0 xalla sonuncudur.