Futbol üzrə Türkiyə millisinin və Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Yusuf Yazıcıda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun baş məşqçisi Kristof Qaltye yerli mətbuata açıqlamasında deyib.

55 yaşlı mütəxəssis oyunçunun 2 həftəlik karantinə göndərildiyini bildirib.

Qeyd edək ki, Yusuf Yazıcı 2019-cu ildə Türkiyənin "Trabzonspor" klubundan "Lill"ə keçib.