Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq
- 11 Sen 2020 16:00
- 621
2021/2022 mövsümündə Türkiyə Superliqasında 20 komanda mübarizə aparacaq.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib.
70 yaşlı funksioner bildirib ki, 2020/2021 mövsümün sonunda 21 klubdan 4-ü elitanı tərk edəcək. Əvəzində isə I liqadan 3 komanda yüksək dəstəyə çıxacaq və Super Liqa iştirakçılarının sayı 20 olacaq.
Türkiyə çempionatında yeni mövsümə sabah "Rizespor" - "Fənərbağça" matçı ilə start veriləcək. Koronavirus pandemiyası səbəbdən bu mövsüm Super Liqada 21 komanda iştirak edəcək. Bunadək yerli çempionatda klub sayı 18 idi.