Almaniyada təşkil olunmuş Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, F qrupunda yer almış qardaş ölkə Türkiyənin milli komandası Çexiyanı məğlub edərək qrupda ikinci yeri tutub və 1/8 finala adlayıb.

Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəliblər.

AÇ-2024
F qrupu

25 iyun

Çexiya – Türkiyə 1:2
Qollar: Tomaş Souçek, 66 – Hakan Çalhanoğlu, 51. Cenk Tosun, 90+4.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq. “Volksparkstadion”.

Gürcüstan – Portuqaliya 2:0
Qollar: Xviça Kvaratsxeliya, 2. Georgi Mikautadze, 57-pen.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Gelzenkirxen. “Veltins Arena”.

Xallar: Portuqaliya – 6. Türkiyə – 6. Gürcüstan – 4. Çexiya – 1.