Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Leyptsiqdə keçirilən oyunda "ay-ulduzlular" qələbə qazanıb.

Qələbə qazanan Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.

AÇ-2024
1/8 final

2 iyul

Avstriya – Türkiyə 1:2
Qollar: Mixael Qreqoriç, 66 – Merih Demiral, 1; 59.
Baş hakim: Artur Soares Dias (Portuqaliya).
Leypsiq. “Red Bull Arena”.