Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.

TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.