Türkiyənin futbol çempionatlarında ilk dövrənin oyunları azarkeşsiz keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Daha əvvəl oktyabr ayından tribunaların 30 faizi qədər azarkeşlərin gəlməsinə icazə verilsə də, pandemiya ilə bağlı vəziyyətə görə bu qərar dəyişdirilib.

Türkiyə Super Liqasında yeni mövsüm sentyabrın 11-dən start götürəcək.