Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Olena Xarçenko Türkiyə birinciliyində növbəti dəfə meydana çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Bolu BLD" 6-ci turda "Sarıyer BLD" klubunu qəbul edib.

Voleybolçumuzun komandası doğma meydanda rəqibə şans verməyib. 3 set davam edən matçda Olena və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:18, 25:13, 25:15).

"Bolu BLD"nin aktivinə 3 xal yazdırdığı qarşılaşmada millimizin üzvü 7 dəfə fərqlənib. Olena xalların 6-nı hücumda, 1-ni blokda qazanıb.