Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti tur start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan yığmasının bu ölkədə çıxış edən üzvü Olena Xarçenkonun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 10-cu turda "Eczaçıbaşı" klubunu qonaq edib.

Voleybolçumuzun komandası çempionata vahid liderlik edən və keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq maksimum nəticə göstərən rəqibi qarşısında çətinlik çəkib. 3 set davam edən matçda Olena və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (17:25, 20:25, 14:25).

Komandasının xalsız qaldığı qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu müddətdə 3 dəfə fərqlənib. O, bütün xalları hücumda qazanıb.