Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün başlayacağı tarix məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin ötən gün baş tutan iclasında qərar qəbul olunub.

Qərara əsasən, 2020/21 mövsümünə sentyabrın 11-də start veriləcək və 2021-ci il mayın 16-da yekun vurulacaq. Bununla əlaqədar yay transfer dövrü avqustun 4-dən sentyabrın 5-dək davam edəcək. 

Super Liqa klubları 2020/21 mövsümündə maksimum 14 legionerlə müqavilə bağlaya biləcəklər. Onlardan biri 1 yanvar 1996-cı il və sonra doğulan futbolçulardan olacaq və yalnız 8-i start heyətdə yer alacaq. Bundan başqa matçın 21 nəfərlik iştirak ərizəsində aşağı yaş qruplarından yetişmiş 1 yanvar 1998-ci il və sonra anadan olmuş bir oyunçunun olması tələbi qoyulacaq. 

2021/22 mövsümündə legioner sayı maksimum 12, onlardan ən azı biri 1 yanvar 1998-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 7-si, aşağı yaş qrupundan isə 1 yanvar 2020-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır. 

2022/23 mövsümündə legioner sayı maksimum 10, onlardan ən azı biri 1 yanvar 2000-ci il və sonra təvəllüdlü, start heyətində maksimum 6-sı, aşağı yaş qrupundan isə 1 yanvar 2022-ci il və sonra doğulmuş bir oyunçu olmalıdır.