Fevralın 6-da  Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələdə ölənlərin sayı 3300 nəfəri keçib. "Rekord.az" xəbər verir ki, dəhşətli hadisədə həlak olanlar sırasında voleybolçular da var. 

Qadın voleybolçulardan ibarət "Merinos" klubunda akyerasına başlayaraq uzun illər bu komandanın uğurları üçün çalışmış Betül Çoban Çakır və onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır dağıntılar altında qalaraq vəfat ediblər. 

Qeyd edək ki, dağıntılar altında qalanlar arasında müxtəlif yaş qrupları üzrə onlarla voleybolçu da var. Onlardan bəziləri dağıntılardan çıxarılsa da, hələ də xilas olmağı gözləyən və ya özlərindən heç bir xəbər alına bilməyən voleybolçular qalmaqdadır.