"Abşeron" BK heyətini yeni basketbolçu ilə gücləndirib.


Rekord.az bu barədə klubun mətbuat xitmətinə istinadən məlumat verir.


Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.


24 yaşlı oyunçu son olaraq ölkəsinin 1-ci liqa komandası "Kapaklıspor"da çıxış edib.


O, karyerası ərzində "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub. Türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində Avropa Kuboku, Çempionlar Liqası kimi turnirlərdə forma geyinib.