Türkiyəli FİFA referisi Halis Özkahya koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Özkahyanın koronavirus testi müsbət çıxıb.

Super Liqanın 8-ci turunun “Fənərbaxça” – “Konyaspor” matçının idarəçiliyi daha əvvəl Halis Özkahyaya tapşırılmışdı. Koronavirus testi müsbət çıxan Özkahya karantinə alınıb.

“Fənərbaxça” – “Konyaspor” matçının hakimi isə dəyişdiriləcək.