Türkiyəli futbolçu Almaniyada klubunu dəyişdi
- 2024-07-02 20:08
- 78
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Nürnberq”dən türkiyəli Can Uzun transfer edilib.
18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Nürnberq”ə 10 milyon avro ödənilib.
Can Uzun Türkiyənin əsas millisinin heyətində bir matça çıxıb.