Türkiyəli futbolçu Fransada ən yaxşı seçildi
- 05 İyn 2021 15:21
- 616
Türkiyə millisinin kapitanı Burak Yılmaz "Lill"də 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, o, klubun saytında azarkeşlər arasında keçirilən səsvermədə 1-ci olub.
35 yaşlı hücumçu 52.2 faiz səs toplayıb. Mayk Menyan 2-ci (28.7 faiz səs), Benjamin Andre (9.6 faiz səs) 3-cü olub.
B.Yılmaz başa çatan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 28 matçda 16 qol vurub.