Türkiyəli futbolçu vəfat edib
- 19 Fev 2024 19:00
- 239
Türkiyənin 2-ci liqa təmsilçisi “Serik Bələdiyəspor”un müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli oyunçu qan xərçəngindən vəfat edib.
Futbolçu bu mövsümə Türkiyənin “Ankara Dəmirspor” klubunda başlayıb. Yanvarda mərhum müdafiəçi “Serik Bələdiyəspor”a transfer olunub. O, sözügedən klubda son oyununa yanvarın 31-də çıxıb.