Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, bu işlər çərçivəsində türkiyəli mütəxəssis Şahin Çatma bu gün Bakıda yerləşən 138 saylı orta məktəbdə olub. O, burada 15 yaşadək qızların məşqini izləyib və əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.
Ş.Çatma Bakı ilə yanaşı, bölgələrə də səfər edəcək və 15 yaşadək voleybolçu qızların məşqini izləyəcək. Türkiyəli mütəxəssis məşqləri analiz etdikdən sonra müvafiq seçimlər edəcək.